Az.shafaqna.com TRT-a istinadən xəbər verir ki, Özbəkistan hökumətinin qərarına əsasən, 2023-cü il 1 yanvardan bütün kargüzarlıqlar latın qrafikasına əsaslanan özbək əlifbasında həyata keçiriləcək.
Bundan başqa, ölkənin bütün çap oprqanları, elektron KİV-ləri, xəbər saytları, tipoqrafiyaları və nəşrləri yeni əlifbaya keçid edəcək.
Yeni əlifbadan həmçininm şəxsiyyət vəsiqələri, əcnəbilərin yaşayış icazəsi sənədləri, təşkilat və təsisat adları, lövhə və reklam elanlarında da istifadə ediləcək.
Yeni əlifbaya keçib əlifbanın təkmilləşdirilməsi və özbək dilinin orfoqrafiya qaydalarının yeni redaksiyasının təsdiqini nəzərdə tutur.
Qeyd edək ki, Özbəkistanın dövlət müəssisələrində rəsmi yazışmalar kiril əsaslı əlifba ilə aparılır, lakin ölkə məktəblərində dərslər latın əsaslı əlifba ilə keçirilir.
Latın əsaslı əlifbaya keçid haqqında qərar hələ 1993-cü ildə qəbul edilib. Lakin bu proses hələ də başa çatdırılmayıb.