Türkiyədə pandemiya məhdudiyyətləri mart ayından ləğv ediləcək

  Türkiyə ərazisində təlim-tədris prosesi, o cümlədən ali təhsil müəssisələrinin ənənəvi təhsilə keçməsi, həftəsonu və yaş həddinə görə qadağaların yumşaldılması, kafe, restoran və bu kimi digər ictimai-iaşə obyektlərinin açılması prosesinin mart ayından etibarən başlaması nəzərdə tutulur. Qadağaların yumşaldılması ölkənin vilayətləri üzrə yoluxma saylarının azalması və əhalinin peyvəndlənməsinə uyğun aparılacaq.

 Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin nazirlər kabinetinin növbəti toplantısından sonra bildirib.

Bu məqaləni paylaş