Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Misir prezidenti Əbdül Fəttah əs-Sisi ölkə əhalisinin sürətli artımı ilə bağlı danışıb.
“Hər ailəyə ikidən çox uşaq olduqca böyük bir problemdir”, – deyə o bildirib.
Əs-Sisi əhalinin sürətli artımını “təhlükəli” adlandırıb.
Onun sözlərinə görə, hökumət bu “problemi” sərt qanunlar və məhdudiyyətlər vasitəsi ilə həll etmək niyyətində deyil, lakin hökumət “əhali artımı ilə mübarizə proqramı üzərində” çalışır.
Xatırladaq ki, Misir əhalisinin sayına görə dünyada 14-cü yerdədir – 103 869 399 nəfər.
Bu məqaləni paylaş