Az.shafaqna.com “Yahoo!News”-ə istinadən xəbər verir ki, ABŞ-da gənc müsəlmanı amansızcasına döyən polislərin barəsində araşdırma aparılır.
Hadisə hələ 2020-ci ilin dekabr ayında baş verib. Nyu-Cersi ştatının Paterson şəhərinin 20 yaşlı sakini Usamə əl-Səidi işə gedərkən bir neçə polis zabiti ona yaxınlaşaraq heç bir səbəb olmadan zərbələr endirməyə başlayıb.
“Onlar mənim başımı yerə çırpırdılar, mən hətta bir anlığına özümdən getdim”, – deyə Usamə başındakı döyülmə izlərini göstərərək bildirib.
Üstəlik müsəlman gənc döyüləndən sonra polisə hücum bəhanəsi ilə həbs də edilib. Həmçinin ona qarşı polisə müqavimət ittihamı da irəli sürülüb.
Polis bölməsindən sərbəst buraxıldıqdan sonra Usamə xəstəxanaya gedib və orada ona tibbi yardım göstərilib. Müsəlman gəncdə beyin silkələnməsi müəyyən edilib.
“Məndə miqren əmələ gəlib, bir neçə həftəliyinə qismən korlaşmışdım”, – deyə o qeyd edib.
“Polis hesabatı tamamilə yalandır. Video həqiqətdə nələrin baş verdiyini göstərir”, – deyə Usamə əlavə edib.
Polislərin barəsində araşdırma başladılıb. Amerika-İslam Münasibətləşəri Şurası (CAIR) hüquq-müdafiəçiləri həmin polislərin işdən qovulmasını tələb ediblər.
“Yeniyetmə polislər üçün heç bir təhlükə yaratmayıb və ona polisin göstərişlərinə tabe olmaq fürsəti belə verilməyib”, – deyə CAIR-ın bəyanatında deyilir.