Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, “Amazon” korporasiyasının başçısı Ceff Bezos “Tesla” və “SpaceX” rəhbəri İlon Maskı geridə qoyaraq yenidən dünyanın ən varlı insanı olub.
“Bloomberg”-in hesablamalarına əsasən, çərşənbə axşamı günü fond sövdələşmələrinin yekununa görə, Bezosun bütün aktivlərinin dəyəri 372 milyon dollar azalaraq 191 milyard dollar olub.
Maskin sərvəti isə “Tesla” səhmlərinin 4,5 milyard dollar dəyər itirməsi nəticəsində 190 milyard dollar olub.
Beləliklə də, Bezos dünyanın ən varlıları sırasında 1-ci, Mask isə 2-ci yerin sahibidir.
3-cü yerdə isə “Microsoft” korporasiyasının qurucusu Bill Geytsdir. Onun sərvəti isə 137 milyard dollar olaraq dəyərləndirilir.
Bu məqaləni paylaş