
Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin Baş direktoru Amiran Qamkrelidze bildirib ki, Kvemo-Kartlidə, Qardabanidə vəziyyətə görə narahatçılıq var.
Onun sözlərinə görə, sabahdan son 20 yoluxma halının qeydə alındığı Qardabani rayonunun bəzi kəndlərində genişmiqyaslı testlər başlayacaq.
O qeyd edib ki, bir neçə min nəfər test ediləcək.
Qamkrelidze deyib ki, Qardabani rayonunun qapadılıb-qapadılmaması barədə qərar sabah Koordinasiya Şurası çərçivəsində müzakirə ediləcək.






























