Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, Fransada yerləşən məscid sərt qış günlərində bir çox evsiz insan və mühacir üçün sığınacağa çevrilib. Parisdən təxminən 50 km qərbdə İvelin departamentində yerləşən Mantes-Sud məscidi sığınacağa ehtiyacı olanlar üçün məscidin daxilində yataqlar quraşdırıb.
Şaxtalardan müsəlman məbədində xilas olan nepallı miqrant İşvor deyib ki, ömrünün sonunadək müsəlmanlara minnətdar olacaq.
“Mən olduqca şadam ki, məni bu cür mühüm bir yerdə qəbul edirlər”, – deyə o qeyd edib.
Müsəlmanlar Assosiasiyasının başçısı Əbdüləziz əl-Cəuhari bildirib ki, məscid 2015-ci ildə istifadə edilib və ibadətgah, həmçinin bilik və ictimai fəaliyyət mərkəzi kimi xidmət göstərir.
Onun sözlərinə görə, məscidin inşası zamanı məscidlərin Həzrəti Məhəmməd Peyğəmbərin (s) vaxtlarındakı rolu nəzərə alınıb və o zaman məscidlər 3 əsas funksiyanı yerinə yetirirdilər: insanları birləşdirirdi, onlara bilik əldə etmək imkanı verirdi və sosial dəstəyi təmin edirdi.
İnsanlara könüllü şəkildə xidmət göstərənlərdən biri olan əslən əlcəzairli olan Aişə Bənduha bildirib ki, hər şənbə məscidə gələrək xeyriyyə işlərinə öz töhfəsini verir. O qeyd edib ki, ibadətgah hər gün 150-dən çox insan xidmət edir və əlavə edib ki, “bax, biz hər gün dünyanı bu cür yaxşıya doğru dəyişirik”.