
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 486 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 499, ölənlərin sayı 13 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 266948 nəfər koronavirusa yoluxub, 259727 nəfər sağalıb, 3390 nəfər isə vəfat edib.
Hazırda 242 karantin rejimində, 1828 nəfər xəstəxanada, 229 nəfər isə COVİD 19 otelindədir.
Qeyd edək ki, bu ölkədə koronavirusa yoluxanların 97.29 faizi sağalıb, 1.27 faizi dünyasını dəyişib. Hazırda karantin, xəstəxana və COVİD 19 otellərdəki xəstələrin sayı isə 1 faizdən azdır.






























