Az.shafaqna.com “Al Arabia”-ya istinadən xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazıminin Səudiyyə Ərəbistanı səfəri təxirə salınıb.

Səbəb isə kral Salman bin Əbdül Əziz Ali-Səudun xəstəxanaya yerləşdirilməsidir.

Səfərin kralın sağalmasından sonra baş tutması planlaşdırılır.

Səudiyyə səfəri əl-Kazıminin İraq Baş naziri kimi ilk xarici səfəri olmalı idi. Onun daha sonra İrana səfəri də gözlənilir.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirilib.