Az.shafaqna.com xəbər verir ki, dəfələrlə İslama qarşı təhqiredici fikirləri və addımları ilə İslam Dünyasının qəzəbinə tuş gələn Hollandiyanın Azadlıq Partiyasının sədri Qert Vildersin (Geert Wilders) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrinə Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözcüsü İbrahim Kalın “twitter”dən Vildersin bir şəkilini paylaşaraq “kəmağıl” yazmaqla cavab verib.
Imbecile. pic.twitter.com/2B0YhD50db
— Ibrahim Kalin (@ikalin1) February 15, 2021
Türkiyə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də Qert Vildersin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı çirkin ifadələrinə reaksiya verdi və “twitter”də “Ölkə başçımıza hücum edən bu faşist II Dünya Müharibəsi illərində yaşasaydı, lənətlə xatırlanan bir nasist, bu gün Orta Şərqdə olsaydı əgər, İŞİD qatillərindən biri olardı.”, -deyə bildirib.
Cumhurbaşkanımıza saldıran bu faşist, II. Dünya Savaşı yıllarında yaşasa, şimdi lanetle anılan bir Nazi olurdu. Eğer şu anda Ortadoğu’da yaşıyor olsa DEAŞ mensubu bir katil olurdu. Bu çağda ve bu zamanda Hollanda’da yaşıyor ve insanlık düşmanı çirkin bir faşist oldu. https://t.co/HglcCbnwNi
— Ömer Çelik (@omerrcelik) February 15, 2021
Qeyd edək ki, Vilders “twitter”də Ərdoğanı “terrorçu” adlandıraraq Türkiyəyə qarşı sərt ifadələr yazıb.