Gürcüstan aralarında azərbaycanlının da olduğu 94 nəfəri deportasiya etdi

Gürcüstandan azərbaycanlı da daxil 94 xarici vətəndaş ölkədən deportasiya edilib.

“Az.shafaqna.com”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədən çıxarılanlar Türkiyə, Rusiya, Türkmənistan, Hindistan, Azərbaycan, Pakistan, Misir, Nigeriya, Çin, Özbəkistan, Əlcəzair, Banqladeş, İordaniya, Livan, Tacikistan, Uqanda və digər ölkələrin vətəndaşlarıdır. Onların Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Bu məqaləni paylaş