İraqdakı ABŞ bazası raket atəşinə tutuldu

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İraqın şimalındakı Ərbil şəhəri yaxınlığında yerləşən hava limanındakı ABŞ bazasına gecə saatlarında raket zərbələri endirilib.

Atılan 14 raketdən 4-ü ABŞ birbaşa hərbçilərinin olduğu kazarmaların ərazisində partlayıb.

Bu barədə Pentaqondakı mənbədən məlumat verilib.

Nəticədə 1 nəfər ölüb, aviabazanın 5 əməkdaşı və 1 hərbçi yaralanıb.

ABŞ dövlət katibi Entoni Blinken hücumdan sonra İraqın şimalında yerləşən Kürdüstan muxtariyyətinin başçısı Məsrur Barzaniyə zəng edib və Vaşinqtonin Ərbilə dəstəyini təsdiq edib.

Hadisə ilə bağlı araşdırmanın aparıldığı qeyd edilib.

Bu məqaləni paylaş