Rəsmi Berlin Rusiyaya qarşı müharibəyə hazırlaşmalıdır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Almaniya ordusunun baş komandanı Kristian Froydinq bildirib.
O iddia edir ki, bu müharibə 2029-cu ilədək, hətta daha tez baş verə bilər.
General-leytenant Froydinq deyib ki, NATO-ya üzv ölkələr arasında da 2030-cu ilədək bu müharibənin baş verəcəyinə dair ortaq fikir var.
O əlavə edib ki, Almaniya və NATO ölkələrini bu müharibəyə hərtərəfli hazır olmalıdır.
Xatırladaq ki, mart ayında Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Maykl Viggers Hildqard Avropa ölkələrinin hələ tam şəkildə müharibəyə hazır olmadığını bildirmişdi.
Bu məqaləni paylaş
