Az.shafaqna.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Gürcüstanla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
Onun sözlərinə görə, Tbilisi xarici siyasətdə Avropanın təzyiqlərinə qarşı müstəqil mövqe nümayiş etdirir.
Qeyd edilib ki, Gürcüstan rəhbərliyi ölkənin suverenliyinin və milli ləyaqətinin qorunmasını prioritet seçib. O, həmçinin Rusiyanın Gürcüstanın xarici təsirlərdən uzaqlaşmaq və qərarlarını müstəqil şəkildə qəbul etmək istiqamətində atdığı addımları anlayışla qarşıladığını vurğulayıb.
XİN rəsmisinin sözlərinə görə, Moskva qarşılıqlı hörmət və fayda prinsipləri üzərində qurulan əməkdaşlığın daha da genişləndirilməsinə hazırdır.
Bu məqaləni paylaş
