
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədir Bidzina İvanişvili partiyasının majoritar namizədlərinin təqdimatında çıxış edib.
“Heç kəsə sirr deyil ki, biz olduqca çətin bir zamanda, çətin regionda və siyasi mürəkkəb qonşuluqda yaşayırıq. Buna görə də biz riskləri azaltmalıyıq ki, ölkənin sabit və dinc inkişafına ziyan vura biləcək bütün mümkün təxribatlardan qurtulaq”, – deyə o bildirib.
“Biz Gürcüstanı birləşdirməli və bunun üçün bütün beynəlxalq vasitələrdən istifadə etməliyik. Dinc şəkildə, etimad, barışıq və ehtiramın bərpası vasitəsi ilə biz abxaz və osetin qardaşlarımızı özümüzə geri qaytarmalıyıq”, – deyə o qeyd edib.






























