Azərbaycanda 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73-ü həlak olub, 354-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Az.shafaqna.com” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalır və aktiv hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da insan həyatına son qoymağa davam edir:
Qeyd edilib ki, zərərçəkənlərin 231 nəfəri mülki şəxsdir.
Bundan başqa, 1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var.
Bu məqaləni paylaş
