ABŞ Suriya və İraqda günahsız insanları qətlə yetirdiyini etiraf etdi

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ hökumətinə işləyən RAND korporasiyasının analitikləri ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) hava zərbələrinin İraq və Suriyada dinc insanların ölümünə səbəb olduğunu etiraf edib və gələcəkdə mülki əhali arasındakı itkilərin azaldımasına dair məsləhət veriblər.

RAND ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının 2014-cü ilin avqustundan 2019-cu ilin martınadək Suriya və İraqda keçirdiyi əməliyyatın təhlilinə dair 500-səhifəlik araşdırma dərc edib.

Sənədə əsasən, ABŞ günahsız insanların olduğu ərazilərdə də idarə edilə bilməyən bombalardan istifadə edib.

Koalisiyanın birləşmiş komandanlığının məlumatlarına əsasən, 2014-cü ildən bəri ABŞ və onun müttəfiqlərinin hava zərbələri nəticəsində İraq və Suriyada 1319 dinc sakin həyatını itirib. Lakin Böyük Britaniyanın “Airwars” monitorinq qrupunun məlumatlarına görə isə, günahsız insanlar arasındakı itkilərin sayı 10 dəfə çox olmuş ola bilər – təxminən 13 min insan.

RAND öz hesabatında “Airwars”-a istinadən yazır ki, təkcə 2017-ci ilin mart ayında İraqın Mosul şəhərində koalisiyanın hücumları nəticəsində 1400 mülki şəxs həyatını itirib.

Bu məqaləni paylaş