Russian President Vladimir Putin meets with entrepreneurs at the Novo-Ogaryovo residence outside Moscow on March 26, 2020. (Photo by Alexey DRUZHININ / SPUTNIK / AFP) (Photo by ALEXEY DRUZHININ/SPUTNIK/AFP via Getty Images)

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin koronavirus vaksinindən istifadə etməyib, çünki o, hələ sertifikatlaşdırılmayıb.

Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Xeyr. O (vaksin), hələ sertifikatlaşdırılmayıb. Hər bir halda dövlət başçısına, yəgin ki, sertifikatlaşdırılmamış vaksin vurmaq elə də yaxşı deyil”, – deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya özünün hazırladığı koronavirus əleyhinə vaksinin 18 iyundan kliniki sınaqlarını keçirir. Sınaqlar könüllü şəxslərin üzərində həyata keçirilir.