Az.shafaqna.com-un verdiyi xəbərə görə, Küveyt hakimiyyəti ölkənin hava məkanını qismən açaraq iki milli aviaşirkət – “Jazeera Airways” və “Kuwait Airways”in uçuşlarına icazə verib.
TASS agentliyi xəbər verir ki, digər aviaşirkətlər üçün hava məkanı hələ də bağlı qalır. Qərar beynəlxalq hava limanına PUA və raket hücumundan sonra qəbul edilib. Hadisə nəticəsində xəsarət alanlar olub və hava limanına ciddi maddi ziyan dəyib.
Hazırda ölkədə hava nəqliyyatının mərhələli şəkildə bərpası istiqamətində tədbirlər görülür.
Bu məqaləni paylaş
