Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) və Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb.

Bu barədə Aİ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib.

“Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır”, – paylaşımda qeyd olunub.

Bu məqaləni paylaş