Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin ölkəyə gələn xaricilərdən tutulan dövlət rüsumlarının artırılması planının bəzi detallarını bölüşüb. O qeyd edib ki, söhbət kiçik rəqəmlərdən getmir; Rusiya vətəndaşlığı almaq və ya bu ölkədə yaşamaq hüququ qazanmaq istəyənlər üçün ödənişlər 5 dəfədən 12 dəfəyədək artırılacaq.
“Az.shafaqna.com”-ın məlumatına görə, parlament sədri bu barədə “Rusiya 24” televiziyasının efirində, aparıcı Natalya Litovkoya danışıb. Vyaçeslav Volodinin fikrincə, Dövlət Duması ölkəyə gələn şəxslərin daha yüksək rüsum ödəməsini ədalətli hesab edir və bu səbəbdən mövcud qaydalara yenidən baxılır.
Həmçinin siyasətçi vurğulayıb ki, Rusiyaya gələn hər bir əcnəbi yerli qanunlara, adət-ənənələrə və həyat tərzinə hörmət etməli, eləcə də rus dilini təmiz bilməlidir. Bununla yanaşı, Duması sədri xatırladıb ki, miqrantlar hüquqi məsuliyyətlərini daşımalı, Rusiya pasportunu alan şəxslər isə mütləq orduda hərbi xidmət keçməlidirlər.
