Belçikada “Google” şirkətinin 115 milyon avroluq aktivi həbs edilib

Belçika məhkəməsi Rusiyanın “Google” MMC-sinin iddiası əsasında “Google Belgium” şirkətinə məxsus ümumi dəyəri 115 milyon avro təşkil edən aktivlərin üzərinə həbs qoyub.

Bu barədə Az.shafaqna.com Rusiyanın “Vedomosti” qəzetinə istinadən məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, şirkətin əmlakına yönəldilən bu həbs qərarı, Moskva Şəhər Arbitraj Məhkəməsinin qəbul etdiyi qətnamənin icrasını təmin etmək məqsədilə qabaqlayıcı tədbir olaraq tətbiq edilib.

Bu məqaləni paylaş