Gürcüstanın təhsil naziri Çinə səfər edib

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze nümayəndə heyəti ilə birlikdə Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.

Təhsil Nazirliyinin məlumatına görə, Givi Mikanadze Çin Xalq Respublikasının təhsil nazirinin müavini Çjen Youcun ilə görüş keçirəcək.

Tərəflər iki ölkə arasında təhsil və gənclər sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Nazir Pekin Universitetinə, Pekin Politexnik Universitetinə və Xarici Araşdırmalar Universitetinə baş çəkəcək. O, həmçinin Dil, Təhsil və Əməkdaşlıq Mərkəzinə və Çin Beynəlxalq Gənclər Mübadiləsi Mərkəzinə də gedəcək.

Bu məqaləni paylaş