Minifutbol millimiz Avropa çempionatında yarımfinala yüksəldi!

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Az.shafaqna.com-un məlumatına görə, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb.

“Tipos Arena”da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.

Bu məqaləni paylaş