Azərbaycanın Baş naziri Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq, iqtisadiyyat, ticarət, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Bu məqaləni paylaş
