SOCAR-ın idarəsindən qeyri-neft sektorunda böyük uğur: 4 ayda 49 milyon dollardan çox gəlir

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 49 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

“Az.shafaqna.com”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Bildirilir ki, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 91 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır.

Ötən 4 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Bu məqaləni paylaş