Dünya çempionatına pulsuz bilet şansı: Səudiyyə Ərəbistanından gözlənilməz addım

Səudiyyə Ərəbistanı Futbol Federasiyası qarşıdan gələn dünya birinciliyinin matçları üçün kütləvi şəkildə pulsuz bilet paylama kampaniyasına start verib. Krallığın ABŞ-dəki səfirliyinin yaydığı rəsmi bəyanata istinadən “Az.shafaqna.com” xəbər verir ki, bu qərar FİFA-nın tribunalarda boş yerlərin qala biləcəyi ilə bağlı narahatlığından sonra verilib.

Səfirliyin müraciətində hazırda ABŞ-də yerləşən bütün milli komanda azarkeşləri bu fürsətdən yararlanmağa çağırılır. Xatırladaq ki, iyunun 11-də start götürəcək və iyulun 19-dək davam edəcək 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika stadionlarında baş tutacaq. Turnirin oyunlarına biletlərin standart satış qiyməti isə 100 ilə 6 370 dollar aralığındadır.

Bu məqaləni paylaş