
Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, ötən gün İran XİN başçısı Məhəmməd Cavad Zərif və İraq Kürdüstanı prezidenti Nəçirvan Barzani arasında görüş keçirilib.
Barzani bildirib ki, İran İraq və İraq Kürdüstanının mühüm qonşusudur.
O deyib ki, görüş zamanı regiondakı son siyasi hadisələr və koronavirusun region üçün nəticələri müzakirə edilib.
Barzani, pandemiya dövründə verdiyi dəstəyə görə İrana öz təşəkkürünü bildirib.
İranlı nazir də, öz növbəsində, qeyd edib ki, Tehranın kürd xalqı ilə yaxşı münasibətləri və Ərbil və Bağdadla möhkəm iqtisadi və ticari əlaqələri var.
Zərif əlavə edib ki, ölkələr arasında ticarət davam etdiyi üçün, epidemiya İranın İraq və İraq Kürdüstanı ilə iqtisadi əlaqələrinə təsir etməyib.






























