BƏƏ ilk dəfə İsrailə səfir təyin edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sentyabr ayında əlaqələrini normallaşdırdığı İsrailə ilk dəfə səfir təyin edib.

Az.shafaqna.com “Rasthaber Azərbaycan“a istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiya direktoru Hend əl-Uteybe “Twitter” hesabından verdiyi açıqlamada Məhəmməd Mahmud əl Hacanın BƏƏ-nin İsraildəki səfiri təyin olunduğunu qeyd edib.

Xatırladaq ki, İsrail ilə BƏƏ arasında “münasibətlərin normallaşması” mövzusunda müqavilələr 15 sentyabr 2020-ci il tarixində ABŞ-da təşkil edilən mərasimdə imzalanıb.

Bu razılaşmadan sonra BƏƏ hökuməti yanvarın 24-də ölkənin İsraildəki Səfirliyinin Tel-Əvivdə tikdirməsini qərara almışdı.

İsrail isə münasibətlərin normallaşmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin etmişdi.

Bu məqaləni paylaş