Sepah: Fars körfəzi müsəlmanlara məxsusdur!

Gəmilər İrandan icazə almaqla Hörmüz boğazından keçməyə davam edir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) məlumat verib.

Qeyd edilib ki, təkcə ötən sutka icazə ilə adıçəkilən su hövzəsinin neftdaşıyan, konteyner və digər ticarət gəmiləri də daxil, ümumilikdə 28 gəmi keçib.

Həmin gəmilər Sepah Hərbi Dəniz Qüvvələrinin koordinasiya və təhlükəsizlik təminatı əsasında hərəkət ediblər.

İslam Respublikası Ordusu bəyan edib ki, Fars körfəzi müsəlmanlara məxsusdur, İran su hövzəsinə qətiyyətlə nəzarət edir.

Bu məqaləni paylaş