Qədir-Xum bayrağı İrandakı müqəddəs ziyarətgahlara təqdim olunub

Az.shafaqna.com xəbər verir ki, Nəcəfül Əşrəfdəki İmam Əli (ə) Ziyarətgahının rəsmi nümayəndə heyəti İrana səfəri çərçivəsində mübarək Qədir-Xum bayrağını ölkənin ən mühüm ziyarətgahlarına təslim edib.

Məlumata görə, nümayəndə heyəti ilk olaraq Məşhəd şəhərində yerləşən İmam Rza (ə) Ziyarətgahını ziyarət edərək müqəddəs bayrağı hərəmin rəhbərliyinə təqdim edib.

Daha sonra heyət Rey şəhərinə yollanaraq Seyid Əbdüləzim əl-Həsəni ziyarətgahını ziyarət edib və Qədir-Xum bayrağını buranın məsul şəxslərinə əmanət edib.

Qeyd olunur ki, Bu addım müsəlman dünyasında mühüm əhəmiyyət kəsb edən müqəddəs Qədir-Xum bayramı ərəfəsində ziyarətgahlararası mənəvi bağları və əməkdaşlığı gücləndirmək məqsədilə atılıb.

 

Bu məqaləni paylaş