Az.shafaqna.com xəbər verir ki, İraqın Həcc və Ümrə Ali Heyəti ölkənin rəsmi həcc missiyasının Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən təsis edilən nüfuzlu “Ləbbeytum” mükafatına layiq görüldüyünü elan edib.
İraq bu mükafatı ardıcıl olaraq dördüncü ildir ki, qazanır.
Heyətin yaydığı rəsmi bəyanatda qeyd olunur ki, İraq nümayəndəliyi yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək, islam dünyasının “Ən yaxşı həcc nümayəndəliyi” nominasiyasında növbəti dəfə qalib elan olunub.
Qeyd edək ki, “Ləbbeytum” mükafatı hər il həcc mövsümü zamanı zəvvarlara göstərilən xidmətlərin ümumi keyfiyyətini qiymətləndirən dəqiq meyarlar əsasında təqdim edilir. Mükafatın verilməsində nümayəndəliklərin logistika, dini bələdçilik, tibbi xidmət və ümumi təşkilati sahələrdəki fəaliyyəti əsas götürülür.
