Avropa Çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirib.

Məlumata əsasən, F qrupunda yer alan yığma İtaliya ilə qarşılaşıb.

Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci matçda da qalib gələn Azərbaycan millisi pley-offa yüksəlib. Yığma mayın 30-da qrupun son oyununda Fransa ilə üz-üzə gələcək.

Bu məqaləni paylaş