Parisdə islamofobiyaya qarşı etiraz aksiyası keçirilib

Fransanın paytaxtı Parisdə ölkədə islamofobiyanın artmasına qarşı izdihamlı etiraz aksiyası keçirilib.

Az.shafaqna.com trt-yə istinadən xəbər verir ki, 14 fevralda keçirilən aksiyada çox sayda qəyri-hökumət təşkilatının nümayəndəsi və müsəlmanlar iştirak ediblər.

Onlar “ayrı-seçkiliyə” məruz qoyan qanun layihəsinin qurbanları və insan haqları müdafiəçiləri ölkədəki islamofobiyaya etiraz olaraq bir araya gəliblər.

Aksiyaçılar “Respublika dəyərlərinə hörmətin gücləndirilməsi prinsipləri” qanun layihəsinə narazılıqlarını ifadə etmək üçün Trokadero meydanında toplaşıblar. Onların fikrincə, qanun müsəlmanları ayrıseçkiliyə məruz qoyur.

Nümayişçilər müsəlmanlara qarşı ayrı-seçkilik qoyduğunu vurğuladıqları qanun layihəsinin gələn il ölkədə keçiriləcək prezident seçkiləri üçün olduğuna diqqət çəkiblər.

Bu məqaləni paylaş