Gürcüstanda son günlər keçirilən miqrasiya nəzarəti tədbirləri çərçivəsində 86 əcnəbi ölkədən deportasiya olunub.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, Miqrasiya Departamenti və aidiyyəti qurumların birgə keçirdiyi əməliyyatlar nəticəsində Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər ölkələrin vətəndaşları olan ümumilikdə 86 nəfər ölkə ərazisindən çıxarılıb.
Nazirlik həmçinin bildirib ki, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qanunvericiliyə uyğun məhdudiyyət qoyulub.
Bu məqaləni paylaş
