Şotlandiya Britaniyadan ayrılmaq istəyir

Şotlandiya parlamenti ölkənin müstəqilliyi ilə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Şotlandiya hökuməti açıqlamada məlumat verib.

Bildirilib ki, Şotlandiyanın birinci naziri Con Svinni hələ aprelin 27-də keçirilən yerli seçkilərdən sonra referendum məsələsini yenidən gündəmə gətirəcəyini açıqlamışdı.

Məlumata əsasən, parlamentdə keçirilən səsvermədə 72 deputat referendumun keçirilməsinin lehinə, 55 deputat isə əleyhinə səs verib. İki deputat isə bitərəf qalıb.

Bununla yanaşı, Con Svinni Şotlandiya parlamentinə müstəqillik referendumu keçirmək hüququ verilməsi üçün 1998-ci il Şotlandiya Aktının 30-cu maddəsinə uyğun xüsusi qərarın imzalanmasını tələb edğir.

Bu məqaləni paylaş