Az.shafaqna.com xəbər verir ki, 2026-cı ilin əvvəlindən etibarən ABŞ-da silahlı hadisələr nəticəsində 5 mindən çox insan ölüb.
“Gun Violence Archive” təşkilatının yaydığı məlumata görə, mayın 26-dək ölkədə 9 mindən artıq şəxs güllə yarası alıb, 5 min 48 nəfər isə həyatını itirib.
Hesabatda bildirilib ki, bu il ərzində ABŞ-da ümumilikdə 158 kütləvi atışma hadisəsi baş verib.
Bu məqaləni paylaş
