RİA Novosti/Aleksandr Şerbak

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, prezident seçkiləri kampaniyası zamanı baş verən etirazlar ona 2010-cu ildəki vəziyyəti – etirazçıların hökumət evinə girmə cəhdlərini xatırladır.

Əgər sizdən kiminsə yaddaşı zəifdirsə, xatırlatmağa cürət edirəm: biz bundan keçmişik. 2010-cu ili yadınıza salın. O zaman hər şey bizi diz çökdürtmək üçün başlamışdı: sanksiyalar tətbiq etdilər”, – deyə o qeyd edib və bildirib ki, həmin planlar baş tutmadı.

Elə o zaman növbəti prezident seçkilərində bu quldur dəstəsini təşkil edib Hökumət evinə göndərərək diz çökdürtmək qərarına gəldilər”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, o zaman 400 aqressiv döyüşçü var idi və hüquq-mühafizə orqanları onların hamısını adbaad tanıyırdı, üstəlik bir o qədər də “tərpənə bilən var idi orada”, qalanları isə evlərinə göndərilməli olan avaralar idi.

Hazırkı vəziyyət müəyyən məsələlərdə oxşar olduğuna görə, bu, o deməkdir ki, hələ, bax, bu variant – mövcud hökumətin devrilməsi və ya vəziyyətn sarsıdılması – əvvəlkitək aktualdır”, – deyə o qeyd edib.

O əlavə edib ki, “heç kəs bizə xaricdən hücum etməyəcək, vəziyyət başqa cürdür”.

Xatırladaq ki, Belarusda 9 avqust tarixində prezident seçkiləri keçiriləcək. Ölkənin Mərkəzi Seçki Komitəri (MİK) 5 namizədi qeydə alıb, 2-ni isə qeydə almaqdan imtina edib.

Qeyd edək ki, Lukaşenko 6-cı müddət üçün öz namizədliyini irəli sürüb.