ABŞ Ukraynada böyük tibbi araşdırma aparır

ABŞ Ukraynada xəstəliklərlə bağlı araşdırma proqramları həyata keçirir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Dövlət Departamenti bu ölkədə 500-dən çox tibb müəssisəsində, o cümlədən də 25 laboratoriyada araşdırma işləri ilə məşğuldur.

Tibb sektoru ilə bağlı bu proqramlar Ukraynanın 21 vilayətindən 16-da həyata keçirilir.

Qeyd edilib ki, bu tədqiqatlarda 100 mindən ukraynalı iştirak edib, həmçinin 3,5 mindən çox tibb işçisi bu işlərə cəlb edilib.

Bu məqaləni paylaş