SEPAH: Hörmüz boğazından son 24 saatda 33 gəmi keçib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, son 24 saat ərzində İrandan icazə alaraq 33 gəmi Hörmüz boğazından keçib.

Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən “Fars” agentliyi məlumat yayıb.

“Son gün ərzində 33 gəmi, o cümlədən neft tankerləri, konteyner və digər ticarət gəmiləri SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən koordinasiya və təhlükəsizliyin təmin edilməsi şəraiti ilə icazə aldıqdan sonra Hörmüz boğazından keçib”, – bəyanatda bildirilir.

Bu məqaləni paylaş