SEPAH: Hörmüz boğazından 25 gəmi keçid edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ötən 1 sutka ərzində (22 may) İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya nəticəsində Hörmüz boğazından 25 gəmi keçib.

Bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.

Məlumata əsasən, keçən gəmilər, neft tankerləri, konteyner gəmiləri və başqa ticarət gəmiləri olub və gəmilərin təhlükəsizliyi təmin edilib.

“ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində Hörmüz boğazında yaranan qeyri-uyğun vəziyyətə baxmayaraq, SEPAH-ın Hərbi Dəniz Qoşunları Hörmüz boğazına nəzarəti həyata keçirməkdədir”, – deyə məlumatda qeyd olunur.

Bu məqaləni paylaş