İranın icazəsi ilə Hörmüz boğazından keçən gəmilərin sayı

İranın icazəsi ilə son 24 saat ərzində İslam respublikasının ordusunun nəzarəti və təhlükəsizlik tədbirləri çərçivəsində 35 gəmi Hörmüz boğazından keçib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələri məlumat verib.

Keçid edən gəmilər arasında neft tankerləri, konteyner daşıyan yük gəmiləri və digər ticarət gəmiləri yer alıb.

SEPAH qeyd edib ki, ABŞ ordusunun hücumundan sonra bölgədə yaranmış gərginliyə baxmayaraq, Hörmüz boğazında gəmiçilik və beynəlxalq ticarət üçün təhlükəsiz şərait təmin olunub.

Bu məqaləni paylaş