Şəhid Rəşadət Piriyev dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəşadət Piriyev dəfn edilib.

Az.shafaqna.com xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Bu məqaləni paylaş