Azərbaycan Premyer Liqası: Neftçi 8 nəfərlə qalib oldu

.
0

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Az.shafaqna.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan Premyer Liqasında “Qarabağ” “Neftçi”ni qəbul edib.  2:1 hesabı ilə qalib gələn “Neftçi” Ağdam təmsilçisini geridə qoyaraq 1-ci yerə sahib olub.

Qolları “Namiq Ələsgərov, 28 (0:1), Mahir Emreli, 58 (1:1), Namiq Ələsgərov, 75-pen (1:2)” – vurublar.
Neftçinin futbolçusu Ömər Buludov 22-ci dəqiqədə, Qarabağın futbolçusu   Kevin Medina 72 dəqiqədə,  Neftçinin futbolçusu Mamadu Kane 74-cü dəqiqədə ikinci sarı vərəqə alaraq qırmızı vərəqə, Neftçinin futbolçusu Voyislav Stankoviç, ikinci sarı vərəqə alaraq qırmızı vərəqə ilə sahədən qovulublar.
Matçın hakimləri; Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev olublar.

Əvvəlki məqaləYaponiyada 7.1 bal gücündə zəlzələ
Növbəti məqalədəAyətullah Safi Gülpayqaninin Rəcəb ayı ilə bağlı nəsihəti