Türkiyədə 50 qanunsuz miqrant saxlanılıb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Egey dənizinin Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu sahillərində biri uşaq olmaqla, 26 qanunsuz miqrant saxlanılıb.

Bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bununla yanaşı, Foça rayonu sahillərində batmaqda olan 24 qanunsuz miqrant xilas edilib.

Həmin miqrantlar Miqrasiya İdarəsinə göndəriliblər.

Bu məqaləni paylaş