ABŞ Polşaya 5 min əsgər yollayacaq

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 min Amerika əsgəri göndərmək qərarını açıqlayıb.

Bu barədə D. Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Polşa Prezidenti Karol Navrotski ilə əla münasibətlərimi nəzərə alaraq (…), ABŞ-ın Polşaya əlavə 5000 əsgər göndərəcəyini məmnuniyyətlə elan edirəm”, – deyə o bildirib.

ABŞ prezidenti detalları açıqlamayıb.

Bu məqaləni paylaş