“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.
Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.
Bu məqaləni paylaş
