Rusiya Ermənistandan gül idxalını məhdudlaşdıracaq

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Bu barədə qurumun bəyanatında deyilir.

“”Rosselxoznadzor” istixana yoxlamaları başa çatana və nəticələrin təhlili aparılana qədər 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gətirilən və göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək”, – deyə bəyanatda bildirilib.

Xidmət aydınlaşdırıb ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.

Bu məqaləni paylaş