Az.shafaqna.com-un verdiyi xəbrə görə, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyat planlaşdırdığını və Tehranın hücumu cavabsız qoymayacağını bildirib.
Bu barədə İran mətbuatı məlumat verib.
Qalibaf bildirib ki, ABŞ-nin həm açıq, həm də gizli hərəkətləri göstərir ki, iqtisadi və siyasi təzyiqlərə baxmayaraq, o, hərbi məqsədlərindən əl çəkməyib və yeni bir müharibə mərhələsi axtarır.
O, İran hakimiyyətinin ABŞ-ı peşman edəcəyinə əmin olduğunu deyib. Qalibaf əlavə edib ki, Vaşinqton hələ də İranın təslim olmasına ümid edir. O, potensial hücumlar təhlükəsi səbəbindən iranlıları əks tədbirlərə hazırlaşmağa davam etmələri barədə xəbərdar edib.
Spiker əlavə edib ki, İran hökuməti hərbi əməliyyatlar nəticəsində ölkə iqtisadiyyatının pisləşməsi ilə bağlı vəziyyəti həll edir.
