Xəzər dənizində zəlzələ baş verib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 20:45-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələnin ocağı 29 kilometr dərinlikdə yerləşib.

Bu məqaləni paylaş